Görüş Şabran bələdiyyəsinin əməkdaşlarınin iştirakı ilə keçirilib
Görüş Şabran bələdiyyəsinin əməkdaşlarınin iştirakı ilə keçirilib
15 May – Beynəlxalq Ailə Günü münasibətilə bu gün Şabran Bələdiyyəsinin əməkdaşları rayonumuzda uzunömürlü və nümunəvi ailələri ziyarət ediblər.
Ailə cəmiyyətin əsas sütunu, dəyərlərin, sevginin, həmrəyliyin daşıyıcısıdır. Sağlam və güclü cəmiyyət məhz möhkəm təməl üzərində qurulmuş ailələrdən başlayır.
Bu münasibətlə bələdiyyə əməkdaşları uzun illər ailə birliyini, qarşılıqlı hörmət və sevgini qoruyub saxlayan Əlövsət İsayev və Məhəmməd Bəydəmirovun ailələrinə baş çəkərək, onları təbrik edib, xoş arzularını çatdırıblar.
Ziyarət çərçivəsində həmçinin 1-ci Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olmuş Vidadi Abdullayevin ailəsi də ziyarət olunub. Şəhidimizin ruhu ehtiramla yad edilib, ailəsinə göstərdikləri qəhrəmanlıq və sədaqət üçün dərin təşəkkür bildirilib.
Belə ailələr bizim üçün nümunədir. Onların həyatı, yaşadıqları dəyərlər gələcək nəsillərə örnək təşkil edir. Şabran Bələdiyyəsi olaraq ailə institutunun gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına daim önəm veririk.
Ailəsi güclü olan cəmiyyət – gələcəyi etibarlı olan cəmiyyətdir.
Şabran bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/