Tramp Ukraynaya “Patriot” raketlərinin göndəriləcəyini güman edir
ABŞ Prezidenti Donald Tramp Ukraynaya Amerikanın “Patriot” zenit-raket kompleksləri üçün mərmi göndərilməsi imkanını güman edir.
“Report”un xəbərinə görə, bunu o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Trampdan Ukraynaya “Patriot” raketlərinin göndərilməsi imkanını nəzərdən keçirib-düşünmədiyini və bu məsələ ilə bağlı yekun qərarın artıq qəbul edilib-edilmədiyini soruşulub. “Mən (raket göndərə -red) bilərəm”, – dövlət başçısı cavab verib.
O, Qəzza zolağında atəşkəsin vaxtı barədə də danışıb.
“Gələn həftə ərzində (Qəzzada-red) atəşkəsə nail olacağımızı düşünürük”, – Tramp suala cava verərkən deyib.
Mənbə: Report.Az