Qımıl kəndində şəhidin xatirəsi anılıb
Qımıl kəndində şəhidin xatirəsi anılıb
“Silahlı Qüvvələr Günü – qəhrəmanlarımızın şanlı tarix yazdığı bu əlamətdar gündə Quba rayon Küpçal-Dağlı bələdiyyəsi şəhidlərimizin əziz xatirəsini yaşatmaq üçün qürurverici addımlar atır”- bufikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.
Bu çərçivədə Qımıl kənd məktəbində Birinci Qarabağ Müharibəsi şəhidi Tahirov Alimşah Əmirşah oğlunun portreti lövhə şəklində hazırlanaraq quraşdırılıb və müvafiq işıqlandırma sistemi ilə təmin olunub.
Yaxın günlərdə isə Üçgün kəndində şəhidimiz Eldarov Sədyar Rizvan oğlunun xatirə lövhəsinin yerləşdirilməsi nəzərdə tutulur.
Sədr bu təşəbbüslərdə iştirak edən və dəstək verən hər bir kənd sakininə dərin təşəkkürünü bildirməyi uutmayıb. Qəhrəmanlarımızın adı və ruhu hər zaman yaddaşımızda yaşayacaq.
Mənbə: Meneviyyat.Az/