Klublararası DÇ: “Mançester Siti” “Yuventus”u darmadağın edib
İngiltərənin “Mançester Siti” komandası klublararası dünya futbol çempionatının qrup mərhələsinin üçüncü turunda İtaliyanın “Yuventus” komandasını 5:2 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, turnir ABŞ-də keçirilir.
“Şəhərlilər”in heyətində qolları Jeremi Doku (9-cu dəqiqə), Erlinq Holann (52), Fil Foden (69) və Savinyo (75) vurublar. 26-cı dəqiqədə Turin təmsilçisinin oyunçusu Pyer Kalyulyu topu öz qapısına göndərib. “Qoca sinyora”dan isə Teun Kopmeyners (11) və Duşan Vlaxoviç (84) fərqləniblər.
G qrupunun digər matçında BƏƏ-nin “Əl-Ayn” komandası Mərakeşin “Vidad” komandasını 2:1 hesabı ilə məğlub edib. “Mançester Siti” 9 xalla qrupda birinci yeri tutub. “Yuventus” 6 xal toplayaraq ikinci yerdən pley-offa çıxıb. “Əl-Ayn” üçüncü yeri (3 xal), “Vidad” isə sonuncu yeri (0) tutub.
Klublararası DÇ iyulun 13-də başa çatacaq. 1/8 final görüşləri iyunun 28-dən iyulun 1-dək keçiriləcək.
Mənbə: Report.Az