BƏLƏDİYYƏ

 Qəhrəmanlarımızla fəxr edirik!

 Qəhrəmanlarımızla fəxr edirik!

28 May – Müstəqillik Gününün mənəvi dəyərini daha da artıran önəmli bir görüş bu gün Şabran rayonunda baş tutdu.
Bu əlamətdar gündə, Vətənimizin bütövlüyü uğrunda canından və sağlamlığından keçərək qəhrəmanlıq göstərmiş I Qarabağ müharibəsi qazisi, Şabran rayonunun igid oğlu Sədyar Orucov doğum gününü qeyd edir.
Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsi Orxan Kərimov, qazimizi doğum günü münasibətilə evində ziyarət edərək, ona dərin ehtiram və təşəkkürlərini çatdırdılar. Qazimizin keçdiyi şərəfli döyüş yolu, nümayiş etdirdiyi vətən sevgisi bu gün də gənclərə nümunədir.
Bu ziyarət həm də xalqımızın azadlıq və müstəqillik ruhunun daşıyıcısı olan qəhrəmanlarımızın unudulmadığını, hər zaman xalqın yaddaşında və qəlbində yaşadığını bir daha göstərdi.
“Qazilərimiz bizim şərəf tariximizdir. Onların hər birinin həyatı bir qəhrəmanlıq dastanıdır.”
Qəhrəmanımıza can sağlığı, uzun ömür, ailə səadəti arzulayırıq. Sədyar Orucov kimi oğullarımızın sayəsində bu gün azad, müstəqil Azərbaycan Respublikasında başımız dik, alnımız açıq yaşayırıq.
28 May Müstəqillik Gününüz mübarək!
Şabran Bələdiyyəsi 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir