“Kukla” mahnısının ifaçısı: Fəxri adların verilməsi dayandırılsa, bundan əvvəlkilərdən də geri alınmalıdır
Tələbələrimin çoxunun fəxri adları var, amma mənim yox.
Bu fikirləri “Report”a müsahibəsində bəstəkar-müğənni, “Kukla” mahnısının ilk ifaçısı Zabitə Məmmədova deyib.
O hesab edir ki, indiyə qədər ad almamasının səbəblərindən biri onun çox üzdə olmaması ilə əlaqədardır.
“Bəlkə, bir gün mən də aldım, ümidliyəm”, – o deyib.
Fəxri ad verilməsinin gələcəkdə dayandrılması ehtimalına toxunan Z.Məmmədova deyib ki, əgər belə şey olsa gərək bundan əvvəl ad verilənlərin hamısından geri alınmalıdır.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Mənbə: Report.Az