BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Məqsədimiz sakinlərin problemlərini öyrənməklə  həllini  sürətləndirməkdir”

Bələdiyyə sədri: “Məqsədimiz sakinlərin problemlərini öyrənməklə  həllini  sürətləndirməkdir”

“Hazırda bələdiyyənin ərazisi  olan Çaraq, Hacıiskəndər, Təkyə və Uqah kəndlərində  vergi ödəyiciləri ilə görüşlərimizi davam etdiririk”- bu fikirləri Belediyye.infoya  Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev  bildirib.

Sədr bildirib ki, kənd sakinləri ilə xoş təəssürat yaradan görüşlər olduqca maraqlı keçir.

Bələdiyyənin üzv və qulluqçuları hər sakinə həm bələdiyyənin, həm də vergi ödəyicisi kimi sakinlərin üzərinə  düşən vəzifələri  yetərincə izah verir, bununla yanaşı bələdiyyə tərəfindən görüləcək işlər barədə məlumatlar paylaşılır.  

Sədr qeyd edib ki,  vergi ödəyiciləri ilə  görüşlərimizi davam etdirəcəyik. Məqsədimiz sakinlərin problemlərini öyrənməklə həllini  həm də sürətləndirməkdir.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/