“Çelsi”nin hücumçusu klublararası dünya çempionatında 2 oyunluq diskvalifikasiya edilib
İngiltərənin “Çelsi” klubunun hücumçusu Nikolas Cekson klublararası dünya çempionatında 2 oyunluq diskvalifikasiya edilib.
“Report” xəbər verir ki, bu barədə FIFA İntizam Komitəsi qərar verib.
Klublararası mundialın ikinci turunda “Flamenqo”ya (Braziliya) qarşı matçın 64-cü dəqiqəsində meydana daxil olub, 4 dəqiqə sonra kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan 24 yaşlı hücumçu 2 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, “Çelsi” turnirin pley-off mərhələsinə yüksələrsə, Nikolas Cekson bu raundun və iyunun 25-də “Esperans”a (Tunis) qarşı görüşü buraxmaq məcburiyyətində qalacaq.
Mənbə: Report.Az