BƏLƏDİYYƏ

 “Bələdiyyə parkı” ərazisində səliqə-səhman yaradılır

 “Bələdiyyə parkı” ərazisində səliqə-səhman yaradılır

Sumqayıt bələdiyyəsi yay fəslinin yaxınlaşması ilə əlaqədar olaraq abadlıq işlərini daha da aktivləşdirib.

Sumqayıt bələdiyyəsinin nəzdindəki “Bələdiyyə parkı” ərazisində səliqə-səhman yaradılır, ərazi alaq otlarından təmizlənir, ağaclar əhənglənərək qulluq göstərilir. Uşaqların parkda rahat istirahəti üçün karusellər quraşdırılır.

Ərazidə istirahət edən sakinlərin estetik zövqlərini oxşamaq məqsədilə müxtəlif qızılgül və gül kolları əkilir. Skamyalar rənglənərək səliqəli hala gətirilir. Parkın gecə işıqlandırılmasına xüsusi əhəmiyyət verən Sumqayıt Bələdiyyəsi əraziyə quraşdırılan işıq dirəklərinin lampalarını müasirləri ilə əvəzləyir. 

Bir sözlə, “Bələdiyyə parkı” son dövrlərdə daha da canlanaraq, inkişaf edir desək yanılmarıq.

Sumqayıt bələdiyyəsi 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir