GÜNDƏM

Fazil Mustafa və Azər Kərimli Romada dinlərarası dialoq mövzulu konfransda çıxış edib

Milli Məclisin İctimai birliklər və dini qurjmlar komitəsinin sədri Fazil Mustafa və Azərbaycan-İtaliya patlamentlərarası əlaqəlır üzrə kşçi qrupunun rəhbəri Azər Kərimli İtaliyada keçirilən Dinlərarası Dialoq mövzulu İkinci Parlamentlərarası Konfransda çıxış edib.

İtaliya Respublikası Parlamentinin və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə keçirilən “İkinci Parlamentlərarası Konfrans: Dinlərarası Dialoq – Gələcəyimiz üçün güvənin möhkəmləndirilməsi və ümidin paylaşılması” adlı qlobal tədbir 2025-ci il iyunun 19–21-də Roma şəhərində baş tutub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən parlament nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri və nüfuzlu ictimai-siyasi xadimlər iştirak edib.

“Dinlərarası Dialoq üzrə İkinci Parlamentlərarası Konfrans” dünya miqyasında artan parçalanma və qütbləşmə fonunda, xalqlar və dövlətlər arasında qarşılıqlı güvənin bərpası, ümidin və anlayışın təşviqi üçün parlament diplomatiyasının rolunu önplana çıxarmağı hədəfləyib. Konfrans çərçivəsində dinin sülh, həmrəylik və insan haqlarının təşviqində oynadığı önəmli rol xüsusi diqqət mərkəzində olub.

Azərbaycan Respublikasını Milli Məclisini təmsil edən Komitə sədri və İşçi qrup rəhbəri tədbirin Ümumi Debat hissəsində çıxış ediblər.

Azərbaycan nümayəndə heyəti bu nüfuzlu platformada sadəcə rəsmi iştirakçı deyil, həm də gerçək uğur örnəyini təmsil edən ölkə kimi çıxış edib. Dinlərarası və mədəniyyətlərarası harmoniyanın qanunvericilik, siyasət və cəmiyyət səviyyəsində sinxron şəkildə təşviq olunması Azərbaycanın əsas üstünlüklərindən biri kimi təqdim olunub.

“Sülh üçün dinlərlə əməkdaşlıq: Azərbaycan modeli” mövzusunda çıxış edən Komitə sədri Fazil Mustafa Azərbaycanın yüzillər boyu formalaşmış dini dözümlülük və multikulturalizm ənənələrinin bu gün dövlət siyasətinə çevrildiyini vurğulayıb:

“Azərbaycan multikulturalizm prinsiplərini təkcə şüar səviyyəsində deyil, hüquqi əsaslarla və institusional çərçivədə qoruyub inkişaf etdirir. Dinlərarası harmoniyanın hüquqi tənzimləmə ilə möhkəmləndirilməsi və ictimai praktikaya çevrilməsi Azərbaycanın uğurlu modelidir.”

Fazil Mustafa, həmçinin Azərbaycan Respublikasının təşəbbüsü ilə getçəkləşən “Bakı Prosesi”, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və Multikulturalizm Mərkəzi kimi təşəbbüsləri beynəlxalq aləmdə dialoq və dözümlülüyün praktik örnəyi kimi təqdim edib. Onun fikrincə:
“Dinlər və mədəniyyətlərarası dialoqda uğur qazanmaq üçün “hamı fərqlidir, amma hamı bərabərdir” prinsipi aparıcı olmalıdır”.

Komitə sədri öz çıxışında qlobal çağırışlar – iqlim böhranı, miqrasiya, radikalizm və münaqişələrin yalnız birlikdə – dinlər və mədəniyyətlərarası əməkdaşlıqla aradan qaldırıla biləcəyini vurğulayıb.

Roma konfransı Azərbaycanın dəyərlərinin və nüfuzunun daha bir dəfə beynəlxalq miqyasda tanınması deməkdir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir