İsrail müdafiə naziri İranı dəstəklədiyi təqdirdə “Hizbullah”ı məhv etməklə hədələyib
İsrail müdafiə naziri İsrael Kats Livan “Hizbullah” hərəkatını İranı dəstəklədiyi təqdirdə Təl-Əvivin sərt cavab verəcəyi barədə xəbərdarlıq edib.
“Report”un məlumatına görə, o, bu barədə sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, “Hizbullah” liderləri sələflərinin taleyindən nəticə çıxarmalı və İsraili hədələməməlidirlər.
“Mən Livan nümayəndəsinə ehtiyatlı olmağı və İsrailin onu hədələyən terrorçulara qarşı səbrinin tükəndiyini anlamağı təklif edirəm. Əgər terrorizm olarsa, “Hizbullah” olmayacaq”, – deyə Kats qeyd edib.
Mənbə: Report.Az