HƏRBİ

Yaşar Gülər: Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək

Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək.

“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində müəyyən işlər görülür.

Bundan başqa, Y.Gülər Van şəhərinə səfəri barədə danışıb: “Hansısa təhdid olduğu üçün Vana getməmişdim. Sadəcə təhlükəsizlik tədbirləri ilə tanış olurdum”.

İsrail-İran qarşıdurmasına gəldikdə isə nazir vurğulayıb ki, Türkiyədə sərhəd təhlükəsi yoxdur.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir