DÜNYA

Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir

Rusiya və Azərbaycan logistika və istehsal, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Bizim yaxşı layihələrimiz var; “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi və logistika. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində bir sıra digər yaxşı sahələr. Biz öz sifarişlərimizlə Bakı Gəmiqayırma Zavodunu yükləməyə hazırıq”, – o deyib.

Putin qeyd edib ki, Azərbaycanla birgə layihələr yaxşı məzmunludur. “Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7 % artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir”, – o vurğulayıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir