BƏLƏDİYYƏ

 Bələdiyyənin maliyyəsi ilə Seyidbazar kəndində artezian quyusu qazılır

 Bələdiyyənin maliyyəsi ilə Seyidbazar kəndində artezian quyusu qazılır

“Kənd sakinlərinin içməli suya olan təlabatını təmin etmək məqsədilə rayonun Seyidbazar kəndində dərinliyi 100 metr olacaq artezian quyusu qazılır”- bu fikirləri Belediyye.infoya Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev bildirib.

Bununla bağlı qərarı adıçəkilən bələdiyyənin iclasında qəbul edilib. Sədr bildirib ki, hər sakinin bələdiyyəyə müraciəti həssaslıqla yanaşılır və əksər hallarda bələdiyyədən asılı olan məsələlərin icrası təmin edilir. Sədr qeyd edib ki,  artezian quyusu Cəlilabad bələdiyyəsi tərəfindən vətəndaşların bələdiyyəyə ödədikləri vergi və rüsumlardan daxil olan vəsait hesabına  həyata keçirilməkdədir.

Belediyye.info


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir