Gürcüstanın qadınlardan ibarət həndbol millisi Bakıya gəlib
Gürcüstanın 19 yaşadək qadınlardan ibarət həndbol millisi Bakıya gəlib.
“Report” xəbər verir ki, qonşu ölkə təmsilçisi Avropa çempionatının oyunlarına “AHF Arena” idman kompleksində hazırlaşacaq.
Təlim-məşq toplanışı çərçivəsində yığmanın yerli komandalarla yoxlama oyunları nəzərdə tutulub.
Mənbə: Report.Az