BƏLƏDİYYƏ

Nizami bələdiyyəsi tərəfindən  həm qurban payı paylanılıb,  həm də  Reabilitasiya mərkəzi ziyarət edilib

Nizami bələdiyyəsi tərəfindən  həm qurban payı paylanılıb,  həm də  Reabilitasiya mərkəzi ziyarət edilib

“Nizami bələdiyyəsi ənənəvi olaraq “Qurban bayramı” münasibəti ilə qazi ailələrinin bayramını təbrik edərək onlara  bayram sovqatı təqdim  edilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Vüqar Quliyev bildirib.

Sədr bildirib ki, bununla bağlı bələdiyyə iclasında qəbul edilmiş qərara əsasən bayram öncəsi bir sıra layihələrin icrası həyata keçirilib. 

Həm Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi qayğı ilə yanaşaraq onlara Qurban payı paylanılmış, bundan əvvəl isə  bələdiyyənin sədr müavini Yeganə Ziyad qızının iştirakı ilə Nizami rayonunda yerləşən Daun Sindromlu  Şəxslərin Reabilitasiya mərkəzi ziyarət edilib.

Sədr bildirib ki, ziyarətin məqsədi  Nizami bələdiyyəsinin əməkdaşları tərəfindən daun sindromlu uşaqlarla maraqlı bir gün keçirmək, uşaqların əhval-ruhiyyəsini yüksəltmək, onlara qayğı və sevgi göstərərək simalarında təbəssüm yaratmaq olub. 

Görüşdən sonra bələdiyyə tərəfindən alınmış hədiyyələr uşaqlara paylanılmışdır.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir