Arzu Aslanova: “Bu gün bələdiyyənin cəmiyyətdə nüfuzunun artması üçün bələdiyyənin səlahiyyət dairəsinə yenidən baxılmasına ehtiyac vardır”
Arzu Aslanova: “Bu gün bələdiyyənin cəmiyyətdə nüfuzunun artması üçün bələdiyyənin səlahiyyət dairəsinə yenidən baxılmasına ehtiyac vardır”
“Fevral ayının 18-dən may ayının 31-nə kimi bələdiyyənin əldə etdiyi maliyyə vəsaitinin həcmi 29.000 manata yaxın olub”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Zığ bələdiyyəsinin sədri Arzu Aslanova deyib.
Sədr bildirib ki, budcə gəlirlərinin artmasında əsas səbəb vergi xidmətində çalışan əməkdaşların maariflənməsinin, vətəndaş-bələdiyyə münasibətlərinin sivli müstəvi üzərində qurulmasının və vergi-uçot sisteminin təşkilinin optimallaşması üçün qulluqçulara həvəsləndirici addımların atılması əsas rol oynayıb.
Hazırda bələdiyyənin DSMF-yə hər hansı borcunun olmadığını deyən xanım sədr, son illərdə bələdiyyədə vergi- uçot sistemin qurulduğunu və əvvəlki illərdən yığlıb qalmış kifayət qədər DSMF borcunun silindiyini qeyd edib. Hazırda bələdiyyənin vergi xidməti ciddi şəkildə büdcə gəlirlərinin artması istiqamətində addımlar atır.
Bu gün bələdiyyənin cəmiyyətdə nüfuzunun artırılması üçün, habelə əhalinin çoxsaylı qlobal problemlərini həll edə bilməsi üçün bələdiyyənin səlahiyyət dairəsinə yenidən baxılmasına ehtiyac vardır. Bununla yanaşı bələdiyyəyə ərazisində olan hüquqi şəxslərin əmlak və torpaq vergilərini bələdiyyəyə ödənilməsinin təminatı gələcəkdə bələdiyyə büdcəsinin artmasına və nəticə etibari ilə sakinlərin qaldırdığı problemlərin sürətli həllinə şərait yaratmış olacaqdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/