Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycanın qadın güləşçis Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatı bürünc medal qazanıb.
“Report” xəbər verir ki, beşinci yarış günündə Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı “tuş”la məğlub edib.
Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovayla üz-üzə gəlib. 8:1 hesablı qələbə qazanan Nəzrin növbəti dəfə Avropa üçüncüsü olub.
Qeyd edək ki, bununla da Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Mənbə: Report.Az