Qələgah kəndində vətəndaş qəbulu keçirildi
Qələgah kəndində vətəndaş qəbulu keçirildi
12 iyun 2025-ci il tarixində Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və bələdiyyə qulluqçuları Qələgah kəndində səyyar vətəndaş qəbulu keçiriblər.
Görüşün əsas məqsədi kənd sakinlərinin gündəlik həyatında üzləşdiyi problemləri yerində dinləmək, təklifləri qiymətləndirmək və mövcud məsələlərə operativ həll yolları tapmaq olmuşdur.
Qəbul zamanı kənd sakinləri tərəfindən aşağıdakı məsələlər qaldırılmışdır:
Ot mövsümünün təşkili və idarə olunması ilə bağlı çətinliklər
Yerli vergilərin ödənişi və güzəştlərlə bağlı müraciətlər
Sosial və təsərrüfat problemləri, kənd təsərrüfatı sahəsində mövcud çətinliklər
Yol infrastrukturunun vəziyyəti və digər gündəlik ehtiyaclar
Hər bir müraciət diqqətlə dinlənilmiş, qeydiyyata alınmış və mövcud qanunvericilik çərçivəsində baxılması üçün aidiyyəti üzrə yönləndirilmişdir. Vətəndaşlara hüquqi izahlar verilmiş, bəzi məsələlər yerindəcə həll olunmuşdur.
Şabran bələdiyyəsi olaraq məqsədimiz — vətəndaş məmnuniyyətini artırmaq, yerli idarəetmədə şəffaflığı və operativliyi təmin etmək, eyni zamanda sakinlərlə birbaşa təmasda olaraq real problemləri yerində öyrənməkdir.
Bu kimi səyyar qəbullar gələcəkdə də mütəmadi olaraq davam etdiriləcəkdir.
Şabran bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/