Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev bu ölkənin dövlət idarəçiliyi və yerli idarəetmə naziri Yelena Jariç Kovaçeviç ilə görüşüb.
“Report”un diplomatik missiya rəhbərinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən verdiyi məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Yelena Jariç Kovaçeviç ilə görüşmək və strateji tərəfdaşlığın möhkəm təməli üzərində qurulmuş ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməkdən məmnun oldum”, – diplomat yazıb.
Was honored and pleased to meet with @jecazaric discuss issues of bilateral cooperation, built on the strong foundation of our strategic partnership. pic.twitter.com/aWtv9Kb7I0