Bələdiyyə sədri: ” Otuz aztəminatlı ailəyə qurban payı paylanılmışdır”
Bələdiyyə sədri: ” Otuz aztəminatlı ailəyə qurban payı paylanılmışdır”
“İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Qəbələ rayon Nohurqışlaq bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində yaşayan aztəminatlı ailələrə 30 qurban payı paylanmışdır”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva bildirib.
Sədr bildirib ki, “bayram payı alan sakinlər kəsilən qurbanların qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və ölkəmiz üçün xeyir, bərəkət, bol ruzi gətirməsini arzulamış, onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə emişlər.
Əziz sakinlər Qurban bayramınız mübarək olsun!”
Belediyye.info
Mənbə: Meneviyyat.Az/