BƏLƏDİYYƏ

Mürsəl Eminov: “Hər bir vətəndaş  həm də vergi ödəyicimizdir. Odur ki,…”

Mürsəl Eminov: “Hər bir vətəndaş  həm də vergi ödəyicimizdir. Odur ki,…”

“Artıq
Binəqədi bələdiyyəsi yeni tərkibdə fəaliyyətə  başlayıb.  Son iclasda  komissiya sədrləri və komissiya üzvləri  seçilib. 
Bu gün əsas məqsədimiz bələdiyyə-vətəndaş münasibətlərini tənzimləməklə
bələdiyyənin yerlərdə nüfuzunu artırmaqdır”- bu fikirləri adıçəkilən bələdiyyənin
sədri Mürsəl Eminov bildirib.

Qeyd
edək ki, 1980-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstutunu bitirən Mürsəl
Eminov  ilk dəfə 1999,  2019 və 2025 -ci illərdə cu illərdə bələdiyyə
üzvü,  2001, 2020 və 2025-ci llərdə Binəqədi
bələdiyyəsinin sədri  vəzifəsinə
yekdilliklə seçilib.

Hazırda
hava şəraitinin yaratdığı çətinliklərin aradan qaldırılması ilə bağlı müvafiq
orqanların gördüyü işlərə bizdə bələdiyyə olaraq öz dəstəyimizi göstəririk. Məhəllədaxili
yollarda gediş-gəlişin təmin edilməsində bizdə 
bələdiyyə olaraq müəyyən işlərə köməklik göstəririk.

Hazırda
bələdiyyə ötən illərdəki fəaliyyətin təhlilni başa çatdırıb. Bu illər ərzində əldə
etdiyimiz uğurlar və problemlər bələdiyyə iclasında müzakirəyə çıxaılır.
Müzakirələrdən sonra konkret  fəaliyyət proqramı
hazırlanaraq təsdiq ediləcək .

Əsas
vəzifəmiz  bu gün Binəqədi rayonunda vətəndaş  məmnunluğunun 
təmin edilməsinə töhfə verməyimizdir. Bu istiqamətdə üzərimizə düşən işin yerinə yetirilməsi isə maliyyə tələb edir. Odur ki, bələdiyyənin vergi xidməti
bu istiqamətdə ciddi addımlar atmaqdadır. Məhz bu addımların sayəsində 2020-ci
llə müqayisədə əmlak  vergisinin həcmini
üç dəfəyədək artıra bilmişik.

Sözsüz ki, BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin
məlumat sisteminə inteqarasiya edilməsi öz bəhrəsni verməkdədir. Məhz bu inteqrasiya
səbəbindən büdcə gəlirlərində ötən il 22 faizlik  artım müşahidə olunub.

Onu
da əlavə edim ki, Binəqədi bələdiyyəsinin əsas büdcə gəliri əmlak və torpaq
vergisindən formalaşır. 2020-ci illə müqayisədə 2024-cü ildə əmlak
vergisinin  həcmi 3 dəfədyədək artıb. 

Hər
halda bələdiyyə vətəndaşa daim xidmətdədir, lakin hər bir vətəndaş həm də vergi
ödəyicimizdir. Odur ki, vətəndaş da vergi ödəyicisi kimi vergiləri vaxtında ödəmiş
olsa qaldırdığı məsələ də öz həllini tez tapar.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/