KRİMİNAL

Bakıda bayram günü QƏTL: qız küçədə kişini öldürdü

Bakıda qətl hadisəsi olub.

Əldə etdiyimiz məlumata görə, hadisə bayram günlərində gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Nigar İbrahimli küçədə naməlum səbəbdən 61 yaşlı Məmmdəov Hikmət Abbas oğlunu bıçaqlayaraq, öldürüb. Məlumata görə, qətli törədən şəxs ruhi xəstə olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nigar İbrahimli saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./lent.az









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir