Bu vitamin insanı GƏNCLƏŞDİRİR – Alimlərdən ŞAD XƏBƏR
D vitamini qəbulunun insan orqanizminin bioloji qocalmasını yavaşlatdığı məlum olub. Bu nəticəyə Corciya Tibb Kollecinin alimləri gəliblər.
Turkustan.az xəbər verir ki, onların genişmiqyaslı tədqiqatının nəticələri American Journal of Clinical Nutrition jurnalında dərc edilib.
Araşdırmaya 25 mindən çox könüllü cəlb olunub. Onlardan ibarət xüsusi qrupda D3 vitamininin hüceyrələrə təsiri araşdırılıb. Mütəxəssislər müəyyən ediblər ki, D vitamini qəbul edən şəxslərdə hüceyrələr daha gec qocalır və bioloji yaş azı üç il geridə qalır.
Bununla yanaşı, mütəxəssislər D vitamininin immunitetə və sümük sağlamlığına faydasını təsdiqləsələr də, onun depressiya və virus infeksiyalarına qarşı təsiri barədə nəticələrin hələ qeyri-müəyyən olduğunu bildiriblər.
Alimlər yüksək dozada D vitamini qəbulundan əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edirlər. /Musavat.com/
Mənbə: Turkustan.Az