İDMAN

Azərbaycanın 3×3 basketbol millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın 3×3 basketbol üzrə qadınlardan ibarət millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Bu barədə “Report”a Basketbol Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Komanda Avropa Kubokunun təsnifat mərhələsinin final oyununda Kipr seçməsinə 21:18 hesabı ilə qalib gəlib.

Avropa Kubokunun final mərhələsi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir