“Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
Ermənistan Milli Təhlükəsizlik Xidməti Sünikdə iki yeniyetmənin – Karen Cangiryan və Andrey Qyaquntsun azərbaycanlılar tərəfindən qaçırılması ilə bağlı məlumatı təkzib edib.
Turkustan.az xəbər verir ki, xidmətin hesabatında bildirilir ki, Sünik rayonunun Tex icmasının iki azyaşlı sakini erməni təhlükəsizlik qüvvələrinə mal-qara almağa getdiklərini və duman səbəbindən ərazidə istiqamət itirdiklərini və azdıqlarını bildiriblər.
Bir gün əvvəl icmanın rəhbəri David Qulunts yeniyetmələrin Ermənistan tərəfinə təhvil verildiyini bildirmişdi.
O, yeniyetmələrin vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Daha sonra məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti də təsdiqləyib.
İcma nümayəndələri oğlanların fotosunu da dərc ediblər./publika.az
Mənbə: Turkustan.Az