Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir təşkil olunur
Vəhdət Partiyası, Beynəlxalq Diaspor Mərkəzi, Paşalı rayonu Terp, Köçbək və Leyliqaçan kənd sakinlərinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbirin məqsədi dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və Vətənə bağlılıq ruhunun gücləndirilməsidir.
Milli həmrəylik ideyasını əks etdirən bu tədbirdə ictimaiyyət nümayəndələrinin, ziyalıların və icma üzvlərinin iştirakı nəzərdə tutulur. Hər kəsi bu əlamətdar gün münasibətilə keçiriləcək tədbirdə fəal iştiraka dəvət edirik.
