Telman Süleymanov: “Şüvəlan bələdiyyəsinin əsas hədəfi cari ildə 200 min manatı əldə etməkdir”
Telman Süleymanov: “Şüvəlan bələdiyyəsinin əsas hədəfi cari ildə 200 min manatı əldə etməkdir”
“Şüvəlan
bələdiyyəsinin vergi xidməti orqanının BAMS-da tətbiq edilən yeniliklərdən, SMS
xidmətinin istifadəyə verilməsindən, BAMS-ın ƏMDX-nin məlumat sisteminə
inteqrasiya edilməsindən və digər tətbiq edilən yeniliklərdən lazimi səviyyədə
yararlanmağının nəticəsidir ki, cari ilin səkkiz ayı ərzində 22 faizlik artıma nail
olunub”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.
Əgər 2024-cü
ilin səkkiz ayında bələdiyyənin əldə etdiyi maliyyə vəsaiti 101.948 manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində
bu rəqəm 122.241 manata bərabər olub.
2024-cü ildə 81.795 manatlıq əmlak vergisi, 20.152 manatlıq torpaq vergisi əldə
olundağu halda, cari ildə bu rəqəm müvafiq olaraq 100.087 manatlıq əmlak
vergisi, 22.152 manatlıq torpaq vergisi əldə olunub.
Göründüyü kimi, BAMS-da tətbiq edilən yeniliklər sayəsində əmlak vergisinin həcmi səkkiz ay ərzində 22 faiz artıb.
Bu
gün Şüvəlan bələdiyyəsinin əsas hədəfi cari ildə 200 min manatı əldə etməkdir. Odur
ki, bütün kollektiv əvvəlki illərdə formalaşmaış ənənəyə sadiq qalaraq bütün potensialını
səfərbər edərək hədəfə çatmaq üçün çalışır. Üzləşdikləri problemlər dərhal
yerindəcə öz həllini tapır.
Vergi
ödənişlərinin artması nəticə etibari ilə vətəndaşın da problemlərinin həllini
sürətləndirmiş olur.
Sədr inanır ki, kollektivin birgə səyi ilə hədəfə çatacaqlar.
Hər
halda bu da bir aydın məsələdir ki, bələdiyyənin əldə etdiyi maliyyə vəsaiti
sonda sakinlərin problemlərinin həllinə
yönəldilir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/