BƏLƏDİYYƏ

Şabran bələdiyyəsi şagirdlərə dəstək aksiyası keçirib

Şabran bələdiyyəsi şagirdlərə dəstək aksiyası keçirib

Bu
gün Şabran bələdiyyəsi tərəfindən yeni dərs ilinə hazırlıq çərçivəsində aztəminatlı
ailələrin övladlarına məktəbli geyimləri və çantaları təqdim olunub.

Aksiya
şəhər 1, 2, 3, 4, 5 nömrəli tam orta məktəbləri, şəhər 1, 2, 3 nömrəli ümumi
orta məktəbləri, həmçinin rayonun Çölquşçu, Xəlilli, Hacıqaraqaşlı,
Çayqaraqaşlı, Mollakamallı, Sincanboyad, Dəvəçikənd və Qələgah kənd məktəblərini
əhatə edib.

Bu təşəbbüsün
əsas məqsədi şagirdlərimizin yeni dərs ilinə sevinc və motivasiya ilə başlamasına
dəstək olmaqdır. Bələdiyyə olaraq gələcəkdə də sosial layihələrimizi davam
etdirəcəyik.

Şabran bələdiyyəsi



Mənbə: Meneviyyat.Az/