Məqsədimiz vətəndaş məmnuluğunun təmin edilməsidir
Məqsədimiz vətəndaş məmnuluğunun təmin edilməsidir
19 yanvar 2025-ci il tarixində keçirilən seçkilərdə Qara
Nuru bələdiyyəsinə 13 nəfər bələdiyyə
üzv seçilmişdir. Qeyd edək ki, onlardan 5 nəfəri qadın üzvləridir. Birləşdirmə
sayəsində Qara Nuru bələdiyyəsinə Şirinbəyli, Sarıcalar və Əbil kənd bələdiyyələri
birləşdirildi.19 fevral 2025-ci il tarixində bələdiyyənin ilk iclası
keçirilmiş, iclas da bütün bələdiyyə üzvlərinin səs verməsi nəticəsində bələdiyyə
üzvləri arasında hamıdan çox səs
toplamış, Məhərrəmov Azər Fərzulla oğlu sədr, Osmanlı Səbri Nadir oğlu və Əmənov
İlqar Əşrəf oğlu da müavin seçilmişdir.
Bələdiyyədə işlərin qanun tələblərinə uyğun qurulması, vətəndaşların
şikayət və tələblərinin vaxtında araşdırılması maliyyə və hesabat işlərinin
qanuna uyğun tənzimlənməsi üçün bələdiyyə icra orqanının yaradılması, bələdiyyə
qulluqçularının işə götürülməsi üçün bələdiyyə üzvlərindən ibarət, bələdiyyə
qulluğuna işçi qəbul olunması üçün 21.05.2025-ci il tarixdə müsabiqə komissiyası
yaradılmış. Bu komissiyaya işçi qəbul olunarkən kənardan heç bir müdaxilə
olunmaması üçün bütün şərait yaradılmışdır. Müsabiqə komissiyyası qısa bir
zamanda iclas keçirərək komissiyyanın sədr və müavinin seçərək öz səlahiyyətləri
çərçivəsində işə başlamışlar. Bundan sonra müsabiqə komissiyası Bələdiyyədə
olan vakant yerlər barədə elanlar dərc edərək, bələdiyyə ərazisində yəni Qara
Nuru bələdiyyəsinə birləşdirilmiş, olan Şirinbəyli, Sarıcalar və Əbil kəndlərində
əhalinin sıx toplandığı yerlərdə, elanlar asaraq bələdiyyədə olan iş yerləri və
tələb olunan işlər barədə məlumat yerləşdirmişlər. Bu elanlardan sonra bələdiyyəmizə
işə qəbul olmaq üçün 15 nəfər vətəndaş müraciət etmiş, onlardan müsabiqə
komissiyası tərəfindən 4 nəfər bələdiyyə ərazisində yaşayan vətəndaşlar, Bələdiyyəmizə
işə qəbul olunmuşdur. Müsabiqə komissiyası tərəfindən həmin vətəndaşları işə qəbul
edilərkən onların iş təcrübələri, insanlarla ünsiyyət qurmaq bacarıqları və bələdiyyəmizə
birləşmiş olan bələdiyyələrdə nəzərə alınaraq 1 nəfər Əbil kəndindən, 1 nəfər
Sarıcalar kəndindən və 1 nəfər Şirinbəyli
kəndindən işə qəbul olunmuşdur.
İşə qəbul olunmuş işçilərin işlərini günün tələblərinə uyğun
qurulması öz səlahiyyətləri çərçivəsi daxilində vətəndaşları qəbul etmələri,
lazımi şəraitin yaradılması üçün bələdiyyəmiz tərəfindən 8.000 manat vəsait
qoyularaq, Qara Nuru kəndində yerləşən icra nümayəndəliyinin binasında iclas
zalı olan otağı hissələrə bölünərək, sədr,
müavinlər, vergi agentləri və kargüzar üçün otaqlara bölünərək tam təmir
olunmuş, bütün otaqlar ofis mebeli və kompüter ilə təmin olunmuşdur.
Bələdiyyəmiz
işçiləri işə qəbul və onların rahat işlərini günün tələblərinə uyğun qurması
üçün şərait yaratdıqdan sonra işçilər tərəfindən, ailə təsərrüfatlarının qeydiyyata
alınması işləri həyata keçirilmiş və bələdiyyənin BAMS proqramında qeydiyyatdan
keçən təsərrüfatlara vergi borcları barədə tədiyyə bildirişlərinin verilməsi təşkil
olunmuşdur. Tədiyyə bildirişlərinin verilməsi zamanı vətəndaşlara vergilərini
vaxtı vaxtında ödəmələrini və nə formada ödəyə biləcəkləri izah olunmuşdur.
Bələdiyyə ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə
bələdiyyə üzvlərinin iclasında bələdiyyə
və qulluqçularından ibarət 20.05.2025-ci il tarixdə ekologiya komissiyası yaradılmışdır.
Yaradılmış ekologiya komissiyasının vəzifə və səlahiyyətləri qərarda öz əksini
tapmışdır. Yaradılmış ekologiya komissiyasının keçirilmiş ilk iclasda komissiya
tərəfindən, Qara Nuru Bələdiyyəsi ərazisində ekoloji vəziyyətin
yaxşılaşdırılması məişət tullantılarının toplanması üçün bələdiyyə ərazisindən
keçən, mərkəzi küçələrə ticarət obyektlərinin qarşısında məişət tullantılarının
yığılması üçün bələdiyyə tərəfindən zibil qablarının yerləşdirilməsi, bundan
sonra həmin tullantıların Saatlı rayonunda yerləşən paliqona daşınması üçün
aidiyyatı qurumlarla müqavilə bağlanması üçün hazırlanmış layihə bələdiyyənin
şura iclasında qəbul olunmuşdur.
Bundan sonra bələdiyyəmiz tərəfindən, məişət tullantılarını
ayrılmış paliqona daşınması üçün hər ay 531 (beş yüz otuz bir) manat ödəmək şərti
ilə Saatlı rayonu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə müqavilə
bağlanmışdır.
Qeyd etmək istərdik ki, 01 avqust 2025-ci il tarixinədək
daşınan tullantılara görə bələdiyyəmiz tərəfindən müqavilə şərti olaraq, Mənzil
Kommunal Təsərrüfatı İstehsalat Birliyinə 1593 (bir min beş yüz doxsan üç)
manat vəsait ödənilmişdir.
Bələdiyyə icra orqanının işini günün tələblərinə uyğun
qanuni formada qurulması üçün lazımlı olan dəftər ləvazimatları ilə təmin
olunmuş məktubların daxil olma, göndərilmə kitabları, vətəndaşların şifahi və
yazılı müraciətlərini qeydiyyata alınması üçün kitablar hazırlanmış, hər bir vərəqi
sayılaraq tikilib möhürlənmişdir.
19 fevral 2025-ci il tarixindən 2025-ci il 01 avqust tarixədək
vətəndaşlar tərəfindən, 200 şifahi 54 yazılı müraciət daxil olmuşdur. Şifahi
müraciətlərin çoxu təsərrüfatlarda suvarma mövsümü olduğu üçün əsasən, təsərrüfatların
suvarılması ilə əlaqədar olmuşdur.Bununla bağlı Bələdiyyəmiz tərəfindən Saatlı
rayon Suvarılma idarəsinə müraciət edilmiş, müraciətimizə operetiv cavab
verilmişdir və bütün problemlər öz həllini tapmışdır.
Onuda bildirmək istərdik ki, bir bələdiyyə kimi Saatlı rayon
Suvarılma İdarəsinin işindən çox razıyıq çünki, bütün müraciətlərimizə səmimi
yanaşaraq, yaranmış problemlərin aradan qaldırılmasında böyük köməklik göstərmişlər.
Buna misal olaraq göstərə bilərik ki, Qara Nuru və Sarıcalar kəndində yerləşən
şor kollektorların təmizlənməsi üçün müraciət etdikdən sonra idarə tərəfindən, demək
olar ki, 15 km-ə qədər şor
kollektorlar lildən təmizlənmişdir. Demək
olarki, təsərrüfat daxili kanalların əksərriyəti lildən təmizlənərək, vətəndaşların
istifadəsinə verilmişdir.
Qara Nuru kənd sakini Məmmədov Yaşar Mirzağa oğlu bələdiyyəmizə
şifahi müraciət edərək, onun həyətyanı sahəsini suvarmaq üçün 200 metrlik su arxın lildən təmizlənməsinə
köməklik etməyimizi xahiş etmişdir. Bələdiyyə
vətəndaşın müraciətini nərəzə alaraq arxın
lildən təmizlənməsi təşkil edilib və vətəndaşın müraciəti öz həllini tapmışdır.
II Qarabağ müharibəsində iştirak edərək, yaralanmış Qara
nuru kənd sakini Mövsümov Ağakişi Sabir oğlu, bələdiyyəyə şifahi müraciyət edərək,
yaşadığı küçənin çınqıl daşla təmir olunmasını xahiş etmişdir. Ağakişi
Mövsümovun müraciyətini nəzərə alaraq, onun yaşadığı küçəyə çınqıl daşı
tökülüb, cari təmir olunaraq, Qazimizin bələdiyyəyə yol ilə
əlaqədar olan müraciəti öz həllini tapmışdır.
Bundan başqa Qara Nuru kənd sakini Əliyev Sahib Vəlixan oğlu
şifahi formada müraciyət edərək, küçəsinin işıqlandırılmasını xahiş etmişdir.
Sahib Əliyevin müraciətinə əsasən günəş enerjisi ilə işləyən işıq
quraşdırılaraq istifadəyə verilmişdir.
Kəndimizdə şəhid Sultanov Zaminəli Nazim oğlunun valideyinlərinin
yaşadığı küçənin başlanğıcında uzun illər əvvəl tikilmiş, heç kimin istifadə
etmədiyi, istifadəyə tam yararsız 2 tikili sökülərək, tullantılardan təmizlənmiş
və yol genişləndirilmişdir, lakin ordan keçən qaz xətti problem yaratdığı üçün
yolun təmir olunması hal-hazırda dayandırılmışdır.
Novruz bayramı ərəfəsində
bələdiyyəmiz tərəfindən, II Qarabağ müharibəsində şəhid olanların ailələrinə hər
birinə dəyəri 50 (əlli) manat olmaqla bayram sovqatı hazırlanaraq, Bələdiyyə rəhbərliyi
tərəfindən təqdim olunmuşdur.
Yazılı müraciət etmiş
bütün vətəndaşların müraciətləri cavablandırılır və göstərilən
çatışmamazlıqlar öz həllini tapmışdır.
Digər müraciətlər isə aidiyyatı üzrə yönləndirilmişdir. Bir qrup Qara Nuru kənd
sakinləri, Qara Nuru bələdiyyəsinə müraciət edərək, onların yaşadığı küçənin təmirə
ehtiyac olduqlarını və bələdiyyənin bu işdə onlara kömək etməklərini xahiş
etmişlərdir. Bundan sonra Bələdiyyəmiz tərəfindən küçəyə baxış keçirilmiş, qərara
gəlinmişdir ki, küçənin təmir olunması üçün 2000 (iki min) manat vəsait tələb
olunur. Bu vəsaitin ayrılması qərarlaşdırılaraq küçə təmir olunaraq sakinlərin
istifadəsinə verilmişdir.
Bələdiyyəmiz
tərəfindən bu gün ki, günə kimi Qara Nuru bələdiyyəsi bizə birləşmiş bələdiyyə ərazilərində
vətəndaşlara 14 səyari görüşlər keçirilmiş görüşlər zaman vətəndaşlar tərəfindən
qaldırılan məsələlər bələdiyyəmizə aid olanları həllini tapmış aid olmayan məsələlərin
həll olunmasına bələdiyyəmiz tərəfindən köməklik olunmuşdur.
Sarıcalar Əbil və Şirinbəyli kəndlərindən vətəndaşlar bələdiyyəmizə
zəng edərək ərazidə toplanmış və antisanitar vəziyyət yaradan məişət
tullantılarının texnikalar vasitəsilə daşınmasını xahiş etmişlər.
Müraciətləri nəzərə alaraq Bələdiyyəmiz tərəfindən əraziyə
texnikalar cəlb edilərək, məşiyyət tullantıları kamaz markalı texnikalar vasitəsilə
ayrılmış poliqona daşınaraq ərazilər məişət tullantılarından təmizlənmişdir.Bələdiyyəmizdə
vətəndaş məmnunluğu, vətəndaşın bələdiyyəyə əlçatanlığını asanlaşdırmaq məqsədi
ilə qaynar xətt yaradılmış, qaynar xəttin möbil nömrəsi əhalinin sıx toplandığı
yerlərdə elan lövhələrinə yerləşdirilmişdir.Bundan əlavə Bələdiyyəmiz tərəfindən
müqavilə ilə yarım ştat əmək haqqı vermək şərti ilə böyük təcrübəyə malik
hüquqşünas işə götürülmüşdür. Müqavilə şərtinə əsasən həftənin iki günü bələdiyyəmizdə
olur.Həftənin 1-ci günləri vətəndaşları qəbul edir, onlara hüquqi yardım göstərir,
həftənin 5-ci günləri isə bələdiyyəmizin hüquqi işləri ilə məşqul olur.19
fevral 2025-ci il tarixindən 01 avqust 2025-ci il tarixinədək Qara Nuru bələdiyyə
iclası tərəfindən 20 iclas keçirilərək, müxtəlif qərarlar qəbul olunmuş və qəbul
olunan qərarlar 3 iş günü müddətində İmişli Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Bələdiyyələrin birləşməsi
nəticəsində bələdiyyə büdcəsinin dürüstləşdirilməsinə ehtiyac yarandıqından bələdiyyəmiz
tərəfindən büdcə 13.06.2025-ci il komissiyası yaradılmış, komissiya tərəfindən
bələdiyyə büdcəsinin dürüstləşdirilməsi aparılmış və 2025-ci ilin dürüstləşmiş
bələdiyyə büdcəsinin Mədaxili-124.680, Məxarici-124.680 olmaqla əsasən sosial
yönümlü olması müəyyən edilərək, bələdiyyə
iclasında səsə qoyularaq qəbul olunmuşdur.
19
fevral 2025-ci il tarixindən, 01 avqust 2025-ci tarixinədək bələdiyyə bank
hesabına torpaq vergisi və torpaq icarə haqqlarından 28.540 manat vəsait daxil
olmuş, daxil olmuş vəsaitlər aşağıda göstərilən formada xərclənmişdir.
1. Yerli xəzinəyə-744
2. DSMF, Şirvan şəhər bölməsinə-5849
3. İcbari tibbi sığorta 1761.57
4. Bələdiyyə qulluqçullarının əmək haqqı-13673.22
5. Kənd bələdiyyələr asosasiya üzvlük haqqı-300
6. Bağlanmış müqaviləyə əsasən məişət tullantıları
daşınması-1593
7. Bələdiyyənin müvəqqəti istifadə etdiyi binanın cari təmiri
üçün-1400
8. Yeni Azərbaycan partiyasına üzvülük haqqı-100
9. İnternet ödənişi üçün-90
10. 800 metr məsafəsi olan küçənin cari təmir olunması-2000
11. II Qarabağ müharibəsi iştirakçısının müraciəti əsasında
cari yol təmir olunması-300
12. II Qarabağ müharibəsində şəhid olan ailələrə Novruz
bayramında yardım 250
13. Bank xidməti haqlarına 90
14. 13 saylı Şirvan əmlak idarəsinə döngə nöqtələrinin təyin
olunması üçün-200
Bələdiyyəmiz vergilər və torpaq icarə haqqlarının tam
toplanmasının və toplanmış vəsaitlərin şəffaflığını təmin edilməsi məqsədi ilə hər altı
aydan bir seçicilər
qarşısında hesabat verilməsinin qarşısına məqsəd qoymuşdur.
Məqsədimiz
vətəndaş məmnuluğunun təmin edilməsidir.
Azər Məhərrəmov
Saatlı rayon Qara Nuru bələdiyyəsinin sədri
Mənbə: Meneviyyat.Az/