BƏLƏDİYYƏ

Boradigah  bələdiyyəsi: “15 sentyabr – Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik”

Boradigah  bələdiyyəsi: “15 sentyabr – Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik”


 Masallı
rayon Boradigah bələdiyyəsi olaraq, ərazimizdə fəaliyyət göstərən məktəblərin
müəllim və şagirdlərini 15 sentyabr – Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik
edirik.

Elm və təhsil hər bir gəncin gələcəyini, cəmiyyətimizin tərəqqisini
müəyyənləşdirən ən böyük dəyərdir. Əziz müəllimlər, gənc nəslin savadlı, vətənpərvər
və məsuliyyətli yetişməsində fədakar əməyiniz əvəzsizdir.

Əziz şagirdlər, bilik yolunda atdığınız hər addım gələcək
uğurlarınızın təməlidir. Yeni dərs ilində hamınıza möhkəm sağlamlıq, uğurlar və
nailiyyətlər arzulayırıq.

Boradigah
bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/