BƏLƏDİYYƏ

Anar Hüseynlı: “Bələdiyyənin əsas vəzifələrindən biri də qəsəbənin tanınmış simalarını gələcək nəslə tanıtdırılmasıdır” 

Anar Hüseynlı: “Bələdiyyənin əsas vəzifələrindən biri də qəsəbənin tanınmış simalarını gələcək nəslə tanıtdırılmasıdır”

 

“Zirə
bələdiyyəsi taninmış qəsəbə sakinləri ilə bağlı məqamları daim diqqətdə
saxlayır və onların gələcək nəslə tanıtdırılması ilə bağlı ciddi layihələr icra
etməkdədir” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Zirə bələdiyyəsinin sədri
Anar Hüseynli deyib.

Sədr
qeyd edib ki, bələdiyyə iclasının qərarı ilə tərtib edilmış iş planına uyğun
olaraq  qəzalı vəziyyətdə olan  Zirə qəsəbə sakini olmuş- ictimai xadim,
publisist, tərcüməçi, dramaturq Mirzə Bala Məhəmmədzadənin adını daşıyan küçədə
yerləşən barelyefi bələdiyyə tərəfindən yenidən qurulmuş, ətrafında abadlıq işləri
aparılmışdır.

Bununla
yanaşı ətrafında bələdiyyə tərəfindən əkilmiş ağaclara da aqrotexniki qulluq
göstərilmiş, həmçinin bəzi yerlərə asfalt örtüyü salınmışdır.

Sədr
qeyd edib ki, bələdiyyə ilin sonunadək bu tipli digər layihələri  də icra etməyi  nəzərdə tutur.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/