Təmraz Tağıyev: “ Türkiyə-Azərbaycan dostluğu əsrlər boyu yaşayacaq”
Təmraz Tağıyev: “ Türkiyə-Azərbaycan dostluğu əsrlər boyu yaşayacaq”
“Türk
Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti toplantısı
Türkiyənin Gebze bələdiyyəsinin ev sahibliyi ilə baş tutub”-
bu fikirləri adıçəkilən qurumun idarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri
Milli Assosiasiayasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev
bildirib.
Albaniya,
Azərbaycan, Bosniya və Herseqovina, Qaqauziya (Moldova), Kuzey Kıprıs Türk
Cumhuriyəti, Kosova, Şimal Makedoniya, Livan, Qaqauziya (Moldova) və Türkiyədən olan idarə heyətinin üzvlərinin
iştirak etdiyi iclasda ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələri Milli
Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevlə bərabər Azərbaycan
Şəhər Bələdiyyələr Milli Assosiasiyasının məsul əməkdaşı Rövşən Məmmədov təmsil
edib.
Tədbirdə TDBB-nin prezidenti, Konya Böyükşəhər Bələdiyyə
başçısı Uğur İbrahim Altay, TDBB-nin Baş katibi Fəxri Çolak çıxış edərək təşkilatın
altıaylıq fəaliyyətinə toxunublar. Hər
iki natiq türkdilli ölkələrdə formalaşan yerli orqanların qarşılıqlı əlaqələrinin
qurulmasında TDBB-nin fəaliyyətinin mühüm əhəmiyyətindən danışıblar. Çıxışlarda
TDBB-nin cari ildə həyata keçirdiyi layihələrə toxunaraq qarşılıqlı əməkdaşlığın
daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Tədbirdə həmçinin TDBB-də ölkəmizi təmsil edən Azərbaycan
Şəhər Bələdiyyələri Milli Assosiasiyasının
sədri Təmraz Tağıyev çıxış edərək
Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını və bu dostluğun dərin tarixi
köklərlə bir-birinə bağlı olan bu münasibətlərin qardaşlıq prinsiplər əsasında
qurulduğunu bildirib.
Təmraz Tağıyev sonda Qərbi Azərbaycan İcması Nərimanov
rayon təşkilatının təşəbbüsü ilə
qazi Orxan Əsgərovun Türkiyənin Konya şəhərindəki
tanınmış klinikalarının birində növbəti əməliyyatı
baş tutmasından
və bu işdə Konya Böyükşəhər
bələdiyyə başçısı
Uğur İbrahim Altayın xüsusi xidməti oludğunu bildirib. Sədr bildirib ki, qazimizə bu
cür yüksək diqqətin göstərilməsi bir daha türk dünyası ölkələri üçün həm də bir
örnəkdir.
Təmraz
Tağıyev daha sonra bildirib ki, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə qazi Orxan Əsgərov az müddət ərzində 24 dəfə üz-çənə əməliyyatı keçirib və səhhətində
xeyli irəliləyiş olub. Bu
proseslərdə Heydər Əliyev Fondunun hər
zaman dəstəyini hiss etdiklərini qeyd edən Təmraz Tağıyev sonuncu Türkiyədə keçirilən əməliyyatdan sonra
qazinin artıq sərbəst danışması və qida qəbulundakı problemlər aradan
qaldırıldığını bildirib.
Təmraz Tağıyev həmçinin qazinin əməliyyatının keçirilməsində Konya Böyükşəhər
Bələdiyyəsinin
başçısı Uğur İbrahim Altaya xüsusi olaraq göstərdiyi dəstəyə görə təşəkkürünü bildirməyi
unutmayıb.
Sonda
idarə heyətinin üzvləri belə mötəbər tədbirə dəvət aldıqlarını məmnunluqlarını bildiriblər.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/