Seymur Rəsulov: “Hövsan bələdiyyəsinə gələn hər bir vətəndaş bələdiyyədən naümid qayıtmır”
Seymur Rəsulov: “Hövsan bələdiyyəsinə gələn hər bir vətəndaş bələdiyyədən naümid qayıtmır”
“Hövsan
bələdiyyəsinin hər bir üzvü bu qurumun inkişafına öz töhfəsini verməkdədir. Məhz
bu dəstəyin nəticəsidir ki, artıq yeddi ay ərzində büdcə gəlirlərində ötən ilki
rəqəmi uğurla adlamışıq”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Hövsan
bələdiyyəsinin sədri Seymur Rəsulov bildirib.
Sədr
bildirib ki, bələdiyyənin üzv və
qulluqçularının birgə səyi, vergi ödəyiciləri ilə davamlı görüşlərin nəticəsi
olaraq ilin sonunadək qarşımıza qoyduğumuz hədəfə çata biləcəyik. Xatırladaq ki, ötən görüşlərimizdə sədr bu hədəfin
car il üçün 350 min manat olacağını
bildirmişdi.
Sakinlərlə
görüşlərin keçirilməsi həm də yerlərdə bələdiyyənin çəki və nüfuzunun artmasına
öz töhfəsini verməkdədir. Bu gün bələdiyyənin inzibati binasına onlarca vətəndaş
gəlir, bələdiyyəyə aid olan və olmayan məsələlərlə bağlı bələdiyyədən dəstək umur.
Sədr
xüsusi olaraq qeyd edib ki, Suraxanı rayonu, Hövsan bələdiyyəsinə gələn hər bir vətəndaş bələdiyyədən
naümid qayıtmır. Həm probleminin həllinə nail olur, həm vergisini ödəmiş olur,
həm də bələdiyyənin fəaliyyəti ilə yaxından tanış olaraq fəaliyyətimizi canlı şəkildə
təbliğ edir.
Sədr
daha sonra qeyd edib ki, büdcə gəlirlərinin artımında sözsüz ki, BAMS-ın ƏMDX-nin
məlumat sisteminə inteqarsiya edilməsinin
də öz rolu var.
Bələdiyyənin
apardığı təhlil və araşdırma zamanı Hövsan qəsəbəsində təxminən 15.500 çıxarışlı əmlakın olduğu müəyyən edilib.
Cari ildə bu rəqəmin inteqrasiya vasitəsi lə 1.500 ədədinin sənədi alınaraq BAMS-a
yerləşdirilib. Daha 2000-nin alınması üzərində iş gedir. Alınan çıxarışlar əsasən
qəsəbənin bağ massivində olan əmlaklardır. Bu cıxarışlar üzrə bildirişlərin
paylanılması sürətli şəkildə davam edir. Bu arada qeyd edim ki, çıxarışı
olmayan onlarca vətəndaş könüllü şəkildə vergiləri ödəməklə bələdiyyəyə dəstək
olmaq üçün bizə müraciət edib. Biz bu vətəndaşların da müraciətlərini bələdiyyə
iclaslarında müzakirə etmək niyyətindəyik.
Bütün hallarda vətəndaşın əmlakı hər hansı kommunikasiya xəttinin altında-üstündə
deyilsə, sözsüz ki, onun gələcəkdə sənədləşdirilməsi mümkün olacaq.
Büdcə
gəlirlərimizi artırmaqla həm də vətəndaş müraciətlərinin həllini sürətləndiririk.
Odur ki, bütün kollektivimiz bu istiqamətdə çalışır və qəsəbənin inkişafına öz
dəstəyini əsirgəmir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/