Nailə Nəsirova: “Həssas qrupa aid olan ailələrin uşaqları daim bələdiyyənin diqqət mərkəzindədir”
Nailə Nəsirova: “Həssas qrupa aid olan ailələrin uşaqları daim bələdiyyənin diqqət mərkəzindədir”
“15
Sentyabr – Bilik Günü ərəfəsində qəsəbənin 10 aztəminatlı şagirdinə məktəbli forması və dərs ləvazimatları təqdim edilib”- bu fikirləri Belediyye.infoya
Sabunçu rayonu Zabrat bələdiyyəsinin sədri
Nailə Nəsirova deyib.
Məktəbli
uşaqlarla görüşdə bələdiyyə sədri çıxış edərək bildirib ki, respublikamızda
bütün uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, təhsili,
intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi
formalaşması diqqət mərkəzində saxlanılır.
Sədr
hər bir məktəblini bilik günü münasibətilə təbrik edib, şagirdlərə dərslərində
uğurlar arzulayıb.
Aztəminatlı
ailələrdən olan 10 şagirdə 70 manat dəyərində məktəbli geyim formaları, çanta və dərs ləvazimatları
təqdim edilib.
Sədr
qeyd edib ki, həssas qrupa aid olan ailələrin uşaqları daim bələdiyyənin diqqət
mərkəzindədir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/