BƏLƏDİYYƏ

İsrafil Hüseynov: “Cari ilin səkkiz ayı ərzində büdcə gəlirlərində 32 faizlik artım əldə olunub”

İsrafil Hüseynov: “Cari ilin səkkiz ayı ərzində büdcə gəlirlərində 32 faizlik artım əldə olunub”

“Bu
gün Buzovna bələdiyyəsinin əsas vəzifəsi seçicilərinə verdiyi sözü tutmağa
çalışmaqdır. Bunun üçün bələdiyyə büdcə gəlirlərini daim artırmağa çalışır. Məhz
əldə olunan  yüksək maliyyə vəsaiti sakinlərin
qaldırdığı məsələlərin həllini sürətləndirmiş olur”- bu fikirləri Xəzər rayonu
Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.

Sədr
bildirib ki, bu gün BAMS-da tətbiq edilən yeniliklər, SMS xidmətinin istifadəyə
verilməsi, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və digər tətbiq
edilən yeniliklər nəticə etibari ilə büdcə gəlirlərinin artımına səbəb olub.

Bələdiyyənin
vergi xidmətinin, o cümlədən bələdiyyənin hüquqşunasının birgə səyi ilə büdcə gəlirlərində
cari ildə 32 fazilik artım əldə olunub.

Belə
ki, 2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi maliyyə vəsaiti 191.076  manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində
bu rəqəm 251.366 manata bərabər olub.

Buzovna
bələdiyyəsinin hədəfi ilin sonunadək  400
min manatı əldə etməkdir. Odur ki, bütün kollektiv əvvəlki illərdə formalaşmaış
ənənəyə sadiq qalaraq fəaliyyətini artım tempi üzərində qurub. Düşünmək olar
ki, bu minvalla fəaliyyətimizi davam etdirə bilsək hədəfimizə çatacağıq.

Nəticə
etibari ilə əldə olunan maliyyə vəsaiti sakinlərin problemlərinin həllinə yönəldilir.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/