BƏLƏDİYYƏ

Sumqayıtda torpaq sahələrinin sənədləşdirilməsi sürətləndirildi 

Sumqayıtda torpaq sahələrinin sənədləşdirilməsi sürətləndirildi 

Azərbaycan
Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər
haqqında Prezident İlham Əliyevin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının
icrası çərçivəsində Sumqayıt şəhərində torpaq sahələrinin hüquqi sənədləşdirilməsi
və koordinatların dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.

 Proses Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları
ilə birgə həyata keçirilir. Hazırda Novxanı bağları, Saray bağları və Corat bağları
ərazilərində yerində ölçmə işləri görülür.

Məlumata görə, əsas məqsəd torpaq sahələrinin dəqiq
koordinatlarının müəyyənləşdirilməsi və sənədləşdirmə prosesinin sürətləndirilməsidir.

“Biz ölçmə işlərinin aparılması üçün şərait yaratmışıq. İstəyimiz
odur ki, sakinlər də əməkdaşlıq etsinlər, qapılarını açsınlar ki, ölçmə prosesi
rahat həyata keçirilsin və sənədləri tezliklə əldə etmək mümkün olsun.”-deyə
Sumqayıt Bələdiyyəsdən bildirilib.

Rəsmi qurumlar sakinlərə müraciət edərək əməkdaşlara şərait
yaratmalarını və işlərə dəstək göstərmələrini xahiş ediblər.

Sumqayıt bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/