GÜNDƏM

“Bakıya qar yağmayacaq, ancaq…” – İqlimşünas hava ilə bağlı məsələyə NÖQTƏ QOYDU

Azərbaycanda yaxın günlərdə hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı proqnozlar diqqət çəkir. Maraqlıdır, Bakıya bu yaxınlarda qar yağa bilərmi?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Arktik hava kütlələrinin ölkənin hava məkanına müdaxiləsi səbəbindən sinoptik vəziyyət dəyişəcək.

“Havanın küləkli, fasilələrlə yağıntılı keçəcəyi, qeyri-sabit hava şəraitinin isə sentyabrın 18-dək davam edəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 10-15°C aşağı enəcək. Ölkənin şimal bölgələrinin yüksək dağlıq ərazilərində isə yağıntıların arabir sulu qara keçəcəyi ehtimal olunur”.

Bakı ilə bağlı proqnoza gəlincə, Hüseynov vurğulayıb ki, paytaxtda əsasən yağışlı və küləkli hava şəraiti müşahidə ediləcək, amma sulu qar ehtimalı yoxdur.









Mənbə: Turkustan.Az