BƏLƏDİYYƏ

Qəsəbəmizin Fəxri – Avropa Gənclər Paralimpiya Oyunlarında Qızıl Medal!

Qəsəbəmizin Fəxri – Avropa Gənclər Paralimpiya Oyunlarında Qızıl Medal!

Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Gənclər
Paralimpiya Oyunlarında qürurverici bir uğura imza atılıb.

16 yaşlı parataekvondoçumuz, qəsəbəmizin sakini Səmayə Həsənova
(47 kq) turnirdə Azərbaycanın ilk qızıl medalını qazanaraq ölkəmizi və doğma qəsəbəmizi
sevincə qərq edib.

Bu münasibətlə Səmayə Həsənovanı bələdiyyəmizdə qarşılayaraq
onu qazandığı bu böyük nailiyyət münasibətilə təbrik etdik.

Göstərdiyi yüksək iradə, zəhmət və vətənpərvərlik nümunəvi
olmaqla yanaşı, bütün gənclərimiz üçün böyük bir motivasiya mənbəyidir.

Bələdiyyə olaraq belə övladlarımızla fəxr edir, onların
inkişafı və dəstəklənməsi üçün daim yanlarında olacağımızı bildiririk.

Qələbən mübarək, Səmayə! Sən bizim qürurumuzsan!

Xəzər rayonu Zirə bələdiyyəsi 

Mənbə: Meneviyyat.Az/