GÜNDƏM

Səfirliyə hücumdan sonra 1.8 milyon azərbaycanlı turisti itirdik – İrandan ETİRAF

Tehranda Azərbaycan səfirliyinə hücumdan sonra İran 1.8 milyon azərbaycanlı turist itirib.

Turkustan.az xəbər verir ki, bu barədə İranın mədəni irs nazirinin müavini Ənuşirəvan Mohseni jurnalistlərə açıqlamasında bildirib.

“2019-cu ildə ölkəyə 9 milyon 800 min turist gəlib. Sonrakı il pandemiya oldu. Azərbaycan vətəndaşına qarşı baş verən həmin hadisə nəticəsində 1 milyon 800 min azərbaycanlı turisti itirdik” – Mohseni qeyd edib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Hücum edən şəxs bir neçə ay əvvəl edam edilib./modern.az









Mənbə: Turkustan.Az