BƏLƏDİYYƏ

İxdiyar Nəcəfov: “Bu il büdcə gəlirlərimizi 400 min manata çatdırmaq niyyətindəyik”

İxdiyar Nəcəfov: “Bu il büdcə gəlirlərimizi 400 min manata çatdırmaq niyyətindəyik”

“Bu gün Qaraçuxur bələdiyyəsinin rəhbərliyi və vergi xidmətinin əməkdaşları mütəmadi olaraq sakinlərlə görüşlər keçirməkdə məqsədi onların problemlərini  dinləmək, təklif və tövsiyələrini eşitməkdir. Bu görüşlərdə həm də vergi ödəyiciləri kimi onların üzərinə düşən məsuliyyət yükündən də söhbət açılır. Bələdiyyənin vergi xidməti hazırda ciddə şəkildə BAMS-da tətbiq edilən yeniliklərdən şəkildə istifadə etməyə çalışır. İstər SMS xidmətindən, istərsə də BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsindən, habelə  tətbiq edilən digər  yeniliklərdən lazımi şəkildə istifadə etməyin nəticəsidir cari səkkiz ayı ərzində büdcə gəlirlərində 20 faizədək artım müşahidə olunub.”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov deyib.

Sədr əlavə edib ki, 2024-cü ilin səkkiz ayı ərzində  234.297 manat əldə edilmişdirsə, cari lin səkkiz ayı ərzində bu rəqəm 291.292 manata  çatıb.

Sədr bildirib ki, bələdiyyənin vergi xidmətində çalışanların birgə səyi ilə ilin  sonunadək artım səviyyəsinin daha 20 faizədək artırmaq niyyətindəyik.

Sədr bildirib ki, Qaraşuxur bələdiyyənin bu vəsaiti artırmaq üçün potensialı var.  Artıq bu istiqmətdə vergi xidməti fəaliyyətdədir.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/