Şabran bələdiyyəsində qəbul imtahanında 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib
Şabran bələdiyyəsində qəbul imtahanında 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüş keçirilib
Bu gün Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva Ali məktəblərə qəbul
imtahanında 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərən abituriyentlərlə
görüş keçirib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən
daxil olub.
Görüş
zamanı bildirilib ki, ölkəmizin gələcəyi
bilikli, savadlı və intellektual gənclərin yetişməsindən asılıdır. Yüksək
nəticə göstərən abituriyentlər gənc nəslin elmə, təhsilə olan marağının və zəhmətinin
bariz nümunəsi kimi qiymətləndirilib.
Bələdiyyə sədri çıxışı zamanı vurğulayıb ki, əldə olunan bu
uğurlar həm ailələrin, həm müəllimlərin, həm də ümumilikdə rayon ictimaiyyətinin
böyük qürur mənbəyidir.
Eyni zamanda qeyd edilib ki, tələbə adını qazanan hər bir gənc
qarşıdakı illərdə ölkəmizin inkişafında fəal iştirak etməli, bilik və
bacarıqları ilə Vətənə xidmət göstərməlidir. Bu günkü nailiyyətlər onların gələcək
uğurları üçün möhkəm təməl hesab olunur.
Sonda F. Fərzəliyeva
abituriyentləri səmimi qəlbdən təbrik edib, onlara təhsil yollarında uğurlar arzulayıb
və gənclərin hər zaman dəstəklənəcəyini diqqətə çatdırıb.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/