BƏLƏDİYYƏ

Günel Ağayeva: “Bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir”

Günel Ağayeva: “Bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir”

“Bələdiyyənin əsas vəzifələrindən biri sakinləri dinləmək və onların qaldırdığı məslələrin həllinə nail olmaqdır”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.

Sədin sözlərinə görə, sonuncu vətəndaş qəbulunda da sakinlərin qaldırdığı məsələlərin bələdiyyədən asılı olanları dərhal öz həllini tapıb.

Qəbulda olan şəhid, qazi və kənd sakinlərinin kollektiv üzvlərinin iştirakı ilə problemləri dinlənilmiş və həlli ilə bağlı müvafiq addım atılmışdır. 

Şəhid atası Zahid Atakişiyevə  və qazi İsmayıi Ağayeva hər birinə 150 manat olmaqla, qazi Orxan Allahverdiyevə  isə 100 manat həcmində maddi yardım göstərilmiş, Mühasib Allahverdiyevə isə ailə üzvünün vəfati ilə bağlı 200 manat həcmində maddi yardım göstərilmişdir.  

Sədr qeyd edib ki, müraciət edən vətəndaşların torpaq vergisi, habelə, su və digər problemlərin həlli ilə bağlı bələdiyyə tərəfindən  addımlar atılmışdır.

Bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/