KRİMİNAL

Beyləqandakı atışmada xəsarət alanların kimliyi BİLİNDİ – ADLAR

Beyləqan rayonunun Şahsevın qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər xəsarət alıb.

Turkustan.az “Report.az”a istinadən xəbər verir ki, insident zamanı xəsarət alan 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu və 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.









Mənbə: Turkustan.Az