Azyaşlı məktəblilər Siyəzən bələdiyyəsinin qonağı olublar
Azyaşlı məktəblilər Siyəzən bələdiyyəsinin qonağı olublar
Bu
barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda
qeyd olunur ki, aztəminatlı, eləcə də valideynlərini itirmiş uşaqlara yeni tədris
ilinin başlanması münasibətilə Siyəzən bələdiyyəsininin
sədri Nicat Səmədzadənin təşəbbüsü ilə məktəbli
forması, çanta, ayaqqabı və məktəb ləvazimatları almaq üçün bələdiyyə iclasının
qərarı ilə maddi yardım verilmişdir.
On yaxın ailənin azyaşlı məktəbli uşaqları ilə bələdiyyənin
inzibati binasında keçirilən görüşdə şagirdlərə uğurlar arzulanmışdır:
“Əziz
uşaqlar, sizə təhsil həyatınızda müvəffəqiyyətlər arzu edirik. Sağlam və xoşbəxt böyüyün”
Belediyye.info
Mənbə: Meneviyyat.Az/