BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “Uşaqlara qayğı və diqqətin göstərilməsi bələdiyyənin əsas vəzifələrindəndir”

Təmraz Tağıyev: “Uşaqlara qayğı və diqqətin göstərilməsi bələdiyyənin əsas vəzifələrindəndir”

“Yeni
tədris ilinin başlanması münasibətilə Nərimanov rayonunda aztəminatlı, şəhid və
qazi  ailələrinin övladlarına məktəbli
forması və dərs ləvazimatları paylanılıb” – bu fikirləri Belediyye.infoya Nərimanov
bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədr
bildirib ki, Nərimanov rayon icra hakimiyyətinin təşəbbüsü  və Nərimanov bələdiyyəsinin  təşkilatçılığı ilə bələdiyyənin inzibati
binasında sosialyönümlü tədbir keçirilib.

Tədbirdə
Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək şagirdləri yeni dərs
ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Sədr təməli
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin
bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb. Sədr  daha sonra çıxışında ölkəmizdə təhsil sahəsində
icra olunan məqsədyönlü layihələrdən, təhsil müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən söz
açıb.

Tədbirin
sonunda 50 nəfərdən artıq məktəbliyə  tədris
ləvazimatları paylanılıb.

Sədr sonda
qeyd edib ki, uşaqlara qayği və diqqətin göstərilməsi bələdiyyənin əsas vəzifələrindəndir.
Bələdiyyə ənənəyə sadiq qalaraq bu ildə həssas qrupa aid məktəbliləri
sevindirib.

Belediyye.info 


Mənbə: Meneviyyat.Az/