BƏLƏDİYYƏ

İsmayıl Rəsulov: “Səkkiz ay ərzində büdcə gəlirlərimizi 150 faizədək artıra bilmişik” 

İsmayıl Rəsulov: “Səkkiz ay ərzində büdcə gəlirlərimizi 150 faizədək artıra bilmişik”

 

“BAMS-da tətbiq
edilən yeniliklərin və bələdiyyənin vergi xidmətinin birgə fəaliyyəti sayəsində
büdcə gəlirlərində 151 faiz artıma nail ola bilmişik”- bu fikirləri
Belediyye.infoya  Ağcabədi bələdiyyəsinin
sədri İsmayıl Rəsulov bildirib.

Sədr qeyd
edib ki, əgər 2024-cü ilin səkkiz ayı ərzində 88.871 manat əldə edilmişdirsə,
bu rəqəm 2025-ci ilin səkkiz ayı ərzində isə 223.065 əldə edilib.

2024-cü
ilin səkkiz ayı ərzində  394 manatlıq əmlak
vergisi, 14.827 manatlıq  torpaq  vergisi, 43.128 icarə haqqları, 360 mehmanxana
rüsumu və  30.131 manatlıq bələdiyyə əmlakının
özgəninkiləşdiirilməsindən əldə olunub.  2025-ci
ilin səkkiz ayı ərzində isə  33.377
manatlıq əmlak vergisindən,  50.137 torpaq
 vergisindən, 113.099 manatlıq icarə
haqqlarından, 405  mehmanxana rüsumlarından,

25. 896
manatlıq bələdiyyə əmlakının özgəninkiləşdiirlməsindən və ilk dəfə  150 manatlıq avtodayanacaqlardan daxil olub.  

Sədr qeyd
edib ki, məqsədimiz seçicilərə layiqincə xidmət etməkdir. Maliyyə vəsaitimiz
artdıqca sakinlərin qaldırdığı problemlərin həlli də sürətlənər.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/