BƏLƏDİYYƏ

İsmayl Rəsulov: “Gələcəkdə də aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində tədbirlər davam etdiriləcək”

İsmayl Rəsulov: “Gələcəkdə də aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində tədbirlər davam etdiriləcək”

“Ağcabədi
bələdiyyəsinin iclasının  qərarına əsasən 2025-2026-ci il tədris ilinin başlanması ilə əlaqədar  25 aztəminatlı ailənin övladına məktəb ləvazimatları  təqdim
edilib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov bildirib.

Sədr
bildirib ki, məsələ ilə bağlı bələdiyyədə yaradılmış işçi qrupunun iştirakı ilə sosial dəstək tədbirləri
çərçivəsində aztəminatlı ailələrin uşaqları məktəbli forması, ayaqqabı və çanta
ilə təmin olunublar. 

Sədr
qeyd edib ki, bələdiyyənin bu addımı aztəminatlı ailələrin maddi yükünü yüngülləşdirmək,
uşaqların təhsilə daha rahat və inamla başlamasına şərait yaratmaq məqsədi
daşıyır.

Bələdiyyə
sədri qeyd edib ki, gələcəkdə də aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində
tədbirlər davam etdiriləcək və uşaqların təhsilə cəlb olunmasına hər zaman dəstək
göstəriləcəkdir.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/