Bələdiyyə sədri: “Dəvəçi kəndində məhəllədaxili yolda bərpa işləri həyata keçirilib”
Bələdiyyə sədri: “Dəvəçi kəndində məhəllədaxili yolda bərpa işləri həyata keçirilib”
“Şabran
rayonun Dəvəçikənd kəndində məhəlləarası yollarda bərpa və abadlıq işləri
aparılıb”- bu barədə
Belediyye.infoya məlumatı Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva bildirib.
Sədr
bildirib ki, icra olunan işlər çərçivəsində yollarda zədələnmiş və hərəkətə çətinlik
yaradan hissələr təmir edilib, yol səthində hamarlama işləri görülüb. Bu
tədbirlər nəticəsində kənd sakinlərinin gediş-gəlişi daha rahat və təhlükəsiz
olub.
Açıqlamasında
sədr daha sonra qeyd edib ki, yol infrastrukturunun yaxşılaşdırılması kənd
əhalisinin gündəlik məişət şəraitində mühüm rol oynayır. Xüsusən də kənd təsərrüfatı
ilə məşğul olan sakinlərin məhsullarını rahatlıqla bazara çıxarması, təhsil
alan şagirdlərin, işə gedən vətəndaşların sərbəst hərəkəti üçün bu cür bərpa
işləri böyük əhəmiyyət kəsb edir.
Sədr
bildirib ki, bələdiyyə olaraq əsas məqsədimiz kəndlərimizdə mövcud
problemlərin həllinə nail olmaq, infrastrukturun gücləndirilməsi ilə əhalinin
rifahına xidmət göstərməkdir. Bu istiqamətdə görülən işlər davam etdiriləcək və
kəndlərimizin inkişafı üçün bütün imkanlardan istifadə olunacaq.
Qeyd edək ki, yaxın günlərdə digər kəndlərdə də yol bərpa və
abadlıq işlərinin aparılması nəzərdə tutulur.
Mənbə: Meneviyyat.Az/