BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “Vətəndaş-bələdiyyə münasibətlərində məmnunluğun təmin edilməsi üçün var gücümüzlə  çalışırıq”

Təmraz Tağıyev: “Vətəndaş-bələdiyyə münasibətlərində məmnunluğun təmin edilməsi üçün var gücümüzlə  çalışırıq”

“Bələdiyyə
olaraq əsas fəaliyyətimizi sakinlərin müraciəti əsasında qururuq”-bu fikirləri
Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədr
bildirib ki, bu günlərdə rayonun Təbriz küçəsi 70 saylı binanın sakinləri
binanın damının dəyişdirilməsi ilə bağlı müraciəti bələdiyyə iclasında müzakirəyə
çıxarılaraq, icrası barədə dərhal qərar verildi. Bunun üçün bələdiyyənin sədr
müavini Nizami Babaşovun iştirakı ilə təşkil edilmiş monitorinq qrupu yerində
sakinlərin müraciətinə baxış keçirmiş, istifadə ediləcək tikinti materialların
sayı və ölçüləri müəyyən edilərək tez bir zaman kəsiyində icrası təmin
edilmişdir.

Nərimanov bələdiyyəsinin
operativ fəaliyyəti sakinlər də razılıqla qarşılamışlar.

Təmraz Tağıyev
bildirib ki, bələdiyyə olaraq daima vətəndaş-bələdiyyə münasibətlərində məmnunluğun
təmin edilməsi üçün var gücümüzlə  bundan
sonra da çalışacağıq. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/